A

UNEC Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri, siyasi alim Nərgiz Hacıyeva Macarıstanın Ludovika Milli İdarəetmə Universitetinin nüfuzlu Ludovika Alimlər Proqramının qalibi olub.

O, Ludovika alimi adına layiq görülən ilk Azərbaycanlı xanım tədqiqatçıdır. Rəqabətli proqram olan Ludovika Scholar Programı Macarıstanın Budapeşt şəhərində yerləşən Macarıstan Milli İdarəetmə Universiteti tərəfindən təşkil olunur. Hər il yüzlərlə insan bu proqram üçün müraciət edir, lakin qəbul olunanların sayı çox məhduddur. Proqram dünya üzrə alimlərin müraciətlərinə açıqdır, lakin yalnız ən yüksək akademik göstəricilərə, liderlik qabiliyyətlərinə və məqsədyönlü fəaliyyətə sahib olan şəxslər seçilir.

Qeyd edək ki, Nərgiz Hacıyeva Ludovika Alimlər Proqramında həm Azərbaycanı, həm də Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) təmsil edəcəkdir. 

TOP XƏBƏRLƏR