A

UNEC-in nəzdində fəaliyyət göstərən Zaqatala filialında maliyyə sahəsinə həsr olunan “Dəyişən dünyada maliyyə texnologiyaları” adlı elmi seminar keçirilib.

Tədbirdə UNEC Zaqatala filialın direktoru dos. Raqif Qasımov çıxış edərək, ATM-lərin müasir dövrdə qarşısında duran hədəflərin dövlət və özəl sektorla uyğunlaşdırılmasının labüdlüyünü vurğulamış, seminarın nəticələrindən ibarət təkliflərin müvafiq idarə və müəssisələrə göndərilməsinin uyğun olduğunu qeyd edib.

Sonra filialın "İqtisadiyyat və idarəetmə" bölməsinin müəllimləri  maliyyə texnologiyaları və dayanıqlı maliyyə prosesləri mövzusunda çıxışlar ediblər. Seminarda Fintech və ənənənəvi bankçılığın yaratdığı rəqabət mühiti, sənəd dövriyyəsində rəqəmsal alətlər, İFRS-in tətbiqində müasir problemlər, süni intellektin dəyişdiyi dəyərlər və müasir bankçılıqda kibertəhlükəsizlik kimi mövzular müzakirə olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR