A

UNEC-in təşəbbüsü ilə keçirilən "Elm gözəldir: Məktəbdən elmə" adlı layihə çərçivəsində növbəti görüş Kimya-Biologiya təmayüllü Respublika Liseyində olub.

Layihə çərçivəsində UNEC-in Mühəndislik fakültəsinin "Mühəndislik və tətbiqi elmlər" kafedrasının müdir müavini, kimya üzrə fəlsəfə doktoru Aytən Niyazova ilə AMEA-nın müxbir üzvü, Mikrobiologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Pənah Muradov liseyin şagirdləri ilə görüşüblər.

Görüşdə professor Pənah Muradov və Aytən Niyazova şagirdlərə elmin müxtəlif sahələri ilə bağlı geniş məlumatlar veriblər, gələcəkdə həmin sahələrdə karyera qurmaq istəyən gənclərə tövsiyələrini bölüşüblər. Həmçinin elmi işlərin önəmi, elmi araşdırmaların cəmiyyətə və iqtisadiyyata olan təsiri barədə geniş müzakirələr aparıblar.

TOP XƏBƏRLƏR