A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2024-cü il üzrə Scopus bazasında indekslənən ən çox elmi əsərlərin sayına görə fərqlənən kafedralar təltif olunub.

Tədbirdə UNEC rektoru prof. Ədalət Muradov, elm və innovasiya məsələləri üzrə prorektor prof. Rövnəq Rzayev və universitetin professor-müəllim heyəti iştirak edib.

“Mühəndislik və tətbiqi elmlər” kafedrası 2024-cü il üzrə Scopus bazasında ən çox elmi əsəri indekslənən,  “Maliyyə və audit” kafedrası 2024-cü il üzrə Scopus bazasında elmi əsərlərinə ən çox istinad olunan, “Biznesin idarə edilməsi” kafedrası 2024-cü il üzrə Scopus bazasında Cite Score kateqoriya kvartili Q1 olan jurnallarda ən çox elmi əsərlərin sayina görə, “İqtisadiyyat” və "Maliyə və audit" kafedraları  2024-cü il üzrə Scopus bazasında ən çox xarici həmmüəllifi elmi əsərlərin sayına görə fərqləniblər. 

UNEC rektoru prof. Ədalət Muradov Elm Festivalının təşkil olunmasında fəal iştirak edən əməkdaşlara təşəkkürünü bildirərək, onlara  gələcək  fəaliyyətlərində uğurlar arzulayıb.

Həmçinin rektor çıxışında, Scopus və Web of Science çap olunmuş məqalələrin və istinadların sayının artımına görə UNEC-in dünyada lider olduğunu qeyd edib. Rektor UNEC-də elmin rəqəmsallaşması ilə bağlı həyata keçirilən yeni layihələr barədə də ətraflı məlumat verib.

Sonra professor-müəllim heyəti onlara verilən dəyəri yüksək qiymətləndirərək, universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonda prof. Ədalət Muradov fərqlənən kafedralara “Təşəkkürnamə”ləri təqdim edib.

TOP XƏBƏRLƏR