A

UNEC-in EFTİED - Elmmetrika şöbəsinin müdiri Şəfa Əlizadə və Elmi fəaliyyətin təşkili şöbəsinin böyük mütəxəssisi Ülviyyə Məmmədova Sloveniyanın paytaxtı Lyublyana şəhərində Lyublyana Biznes Məktəbi və UNEC Xanım Tədqiqatçılar Şurasının həmtəşkilatçılığı ilə təşkil olunan 7-ci Şərqi Avropa iqtisadiyyat və Menecment - EECME VII - Konfransında iştirak ediblər. 

Paneldə Ş.Əlizadə və Ü.Məmmədova “Azərbaycan Universitetlərində Elmi-Metrik Göstəricilərin Təsirlərinin Qiymətləndirilməsi” mövzusunda çıxış ediblər. Çıxışda ölkəmizdə universitetlərin elmi fəaliyyətinin ölçülməsi və qiymətləndirilməsində istifadə olunan scientometrik göstəricilərin ümumi təsirləri haqqında məlumat veriblər.

Çıxışlarında həmçinin elmi nəticələrin daha obyektiv qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün təkliflər irəli sürüblər. Paneldə təqdim olunan mövzular iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, suallar cavablandırılıb və mövzu ətrafında  diskussiya aparılıb.

UNEC əməkdaşlarının məqaləsi EBSCO, ERIH PLUS, Index Copernicus və digər beynəlxalq indeksli jurnallar da nəşr olunacaq.

TOP XƏBƏRLƏR