A

UNEC-də “Təhsil alanların və doktorantların elmi tədqiqatlarda iştirakının təmin edilməsinin təşkili: Problemlər və perspektivlər” mövzusunda elmi seminar keçirilib.

Seminarın moderatoru, Elm şöbəsinin müdiri professor Zahid Məmmədov bildirib ki, universitetlərin gücü ali təhsil müəssisəsində aparılan elmi-tədqiqat işlərinin sayına görə ölçülür. Professor UNEC-də bu istiqamətdə məqsədyönlü işlərin aparıldığını qeyd edib: “UNEC tələbələrinin iştirakı ilə universitetdə mütəmadi olaraq beynəlxalq elmi konfranslar təşkil etmək niyyətindəyik. Tədqiqatçıların stimullaşdırılması məqsədilə onların elmi fəaliyyətinin qiymətləndirilməsini müəyyən edən reytinq sisteminin formalaşdırılması da nəzərdə tutulub. “Vergilər” mövzusunda tələbə və magistrlər arasında keçirilən 10-cu olimpiadada fərqlənən UNEC tələbə və magistrlərinin xarici ölkələrdə təşkil edilən vergi-maliyyə olimpiadalarında iştirakı üçün işlər görülür. Bunun üçün universitetdə işçi qrupu yaradılıb”.

UNEC-də pedaqoji fəaliyyət göstərən tanınmış amerikalı iqtisadçı alim, professor Bülent Aybar ABŞ-ın nüfuzlu universitetlərində tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması təcrübəsindən danışıb. Bildirib ki, ABŞ universitetlərində professorlar elmi kadrların hazırlanmasında maraqlıdırlar. Həmin universitetlərdə tələbələrin elmi tədqiqata cəlb olunması da könüllülük prinsipi ilə aparılır.UNEC rektorunun köməkçisi Ramil Cabbarov “Elmi tədqiqatların aparılmasında tələbə potensialından istifadə: “Win win modeli”ndən danışıb.

Magistratura mərkəzinin direktoru, professorQabil Manafov magistratura səviyyəsində elmi işlərin aparılması barədə məlumat verib. Bildirib ki, yeni təhsil standartlarına görə, təhsil aldıqları müddətdə magistrlərin ən azı bir elmi məqalə və ya tezisı çap olunmalıdır. Q.Manafov yeni tədris ilindən magistratura pilləsində Elmi tədqiqat metodları fənninin tədris olunduğunu da diqqətə çatdırıb.

Doktorantura şöbəsinin müdiri, dosent Həmid Həmidov doktorantların elmi fəaliyyətinin aparılması istiqamətində tətbiq olunan yeniliklərdən, antiplagiat proqramından danışıb.

Seminar müzakirələrlə davam edib. Tələbələrlə iş üzrə prorektor, dosent Səadət QəndilovaFizika və kimya kafedrasının müdiri, professor Rövnəq Rzayevvə digər iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, təklifələri dinlənilib.

TOP XƏBƏRLƏR