A

UNEC-in Biznes və menecment fakültəsi ilə Plexanov adına Rusiya İqtisad Universitetinin (RİU) Menecment fakültəsi arasında telekörpü yaradılıb.

Telekörpüdə hər iki universitetin professor-müəllim heyəti, doktorant, magistr və tələbələr iştirak ediblər.

Fakültə dekanı dosent Mirağa Əhmədov  son üç ildə UNEC-də tətbiq olunan yeniliklər barədə məlumat verib. Meqafakültələrin yaradılmasının, Elektron Universitet Modelinin tətbiqinin tədrisin keyfiyyətinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.Plexanov adına Rusiya İqtisad Universitetinin (RİU) Tədris mərkəzinin direktoru, dosent Yekaterina Demidova universitetin nümayəndə heyətinin konfrans çərçivəsində UNEC-in tədris, imtahan prosesləri ilə yaxından tanış olduqlarını diqqətə çatdırıb. Bildirib ki, UNEC-də tətbiq olunan yeniliklər həqiqətən də təqdirəlayiqdir. Y.Demidova universitetlər arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin zəruri olacağını qeyd edib.Plexanov adında Rusiya İqtisad Universiteti ilə əməkdaşlıq çərçivəsində həmin universitetdə mühazirə deyən UNEC-in “Menecment” kafedrasının müdiri, professor Kamil Şahbazov klassik idarəetmə sistemi ilə müasir menecmentin əlaqələndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Telekörpüdə hər iki universitet arasında əməkdaşlığın artırılması, birgə layihələrin hazırlanması və tədqiqatların aparılması təklif olunub. Telekörpülərin mütəmadi keçirliməsinin əhəmiyyəti vurğulanıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay