A

UNEC-in gənc alimləri “Gənc alimlər və maliyyə savadlılığı” müsabiqəsinin qalibi olublar.

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun “2 Fevral – Gənclər Günü”ndə elan etdikləri “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinin nəticələri açıqlanıb. Bildirilib ki, “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinə təqdim olunan məqalələr ölkənin iqtisad elmi sahəsində maliyyə maarifləndirilməsi istiqamətində aparılan ilk elmi işlərdir.

UNEC-in “Gənc Alimlər Şurası”nın rəhbəri, “Beynəlxalq münasibətlər”  kafedrasının baş müəllimi Vüqar Məmmədzadə və şura üzvü Samir Ağayevin birlikdə yazdıqları “Yığım potensialının yüksəldilməsində maliyyə savadlılığının rolu: investisiyalar və böhranlar” mövzusunda elmi məqaləsi müsabiqənin qalibi olub.

UNEC-in “Gənc Alimləri Şurası”nın üzvləri, “Texnoloji maşınlar və sahə avadanlıqları”  kafedrasının dosenti Nurlana Kərimovanın “Gənclərin maliyyə maarifləndirilməsi üçün model və yanaşmalar”, “Maliyyə və maliyyə institutları” kafedrasının müəllimi  Yaşar Dəmirovun “Əhalinin maliyyə savadlılığının qiymətləndirilməsi və maliyyə xidmətlərinin yüksəldilməsi yolları” məqalələri isə III yerə layiq görülüb.

Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda iqtisadi və maliyyə savadlılığının artırılması, maliyyə savadlılığının ictimai dəyər kimi tanınması və insanların davranışlarında müvafiq dəyişiklik yaratmasına yönəlmiş elmi əsərlərin meydana çıxması, gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin və onların aprobasiyasının qiymətləndirilməsi, mükafatlandırılması və elmi fəaliyyətin stimullaşdırılmasıdır. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay