A

Azərbaycan Gənclik Platforması və Elmi Araşdırmalar İctimai Birliyinin Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunda Azərbaycan Xalq Cümhuriyyəti dövründə imzalanan Batum müqaviləsinin 101 illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti. BATUM müqaviləsi” elmi seminarı təşkil edilib.

"Elmi Araşdırmalar" İctimai Birliyinin sədri Telman Qasımov tədbiri giriş nitqi ilə açıq elan edərək, Azərbaycan və Türkiyə münasibətlərində Batum müqaviləsinin əhəmiyyətini vurğuladı.

Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyev tədbirin mühümlüyü və müasir gənclər üçün əhəmiyyətini vurğulayaraq, elmi seminarı açıq elan edib.

Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Tuğba Uzel Batum müqaviləsi və Türkiyə-Azərbaycan qardaşlığı barədə çıxış etdi. Ermənilərin işğalçı siyasətinə və "erməni soyqrımı" iddialarına qarşı gənclərin fəal şəkildə münasibət bildirməsinin vacibliyini bildirdi.

Elmi seminarın ilk məruzəsi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin “Humanitar fənlər” kafedrasının müəllimi, UNEC Gənc Müəllimlər Şurasının İdarə heyətinin üzvü Cəmilə Həsənova açaraq, Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı dövləti arasında imzalanmış bu mühüm müqavilə haqqında geniş məlumat verib. UNEC-in baş müəllimi i.ü.f.d. Kəmalə Nəcəfova AXC-nin 23 aylıq fəaliyyətində milli iqtisadiyyatımızın formalaşdırılması iqtiqamətində görülən mühüm işlərdən, həmçinin iqtisadi tariximizin şərəfli səhifələrindən bəhs edib.

UNEC 24/7 kitabxanasının müdiri Arzu Məmmədova Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə mədəni quruculuq sahəsində həyata keçirdiyi tədbirlər içərisində kitabxana işi ilə bağlı tədbirlər mühüm yer tutmasından, Parlamentin qərarı ilə ayrılmış 1 milyon manat vəsait hesabına xalq kitabxanaları üçün də xeyli kitab alınmasından danışıb.

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbələrinin çıxışları dinlənilib, mövzu ətrafında maraqlı müzakirələr aparılıb.

Tədbirin sonunda Cəmilə Həsənovanın mentor qrupu olan 178-179 qrupun gənc spikerləri təşəkkürnamə və sertifikatlarla təltif ediliblər.

TOP XƏBƏRLƏR