A

Növbəti tədbirə “Biznes və menecment”, “Türk dünyası iqtisad” fakültələri və “Beynəlxalq magistratura və doktorantura mərkəzi”cəlb olunub.

Seminarda sözügedən fakültələrin və mərkəzin elmi-pedoqoji heyəti iştirak edib. Əvvəlcə çıxış edən “Biznes və menecment” fakültəsinin dekanı dos. Mirağa Əhmədov “Elmi dərəcələrin və elmi adların verilməsi qaydası haqqında” və “Elmi adların verilməsi qaydası haqqında” əsasnamələrin Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edildiyini diqqətə çatdırıb.

Sonra qaydalardakı yeniliklər tədbir iştirakçılarının nəzərinə çatdırılıb. “İqtisadi nəzəriyyə” kafedrasının müdiri prof. Əlican Babayev  və Doktorantura şöbəsinin müdiri dos.Həmid  Həmidov dəyişiklik edilmiş bəndləri aydın şəkildə izah ediblər. Yeniliklərin müsbət tərəfləri xüsusi qeyd olunub.

Sonda gənc tədqiqatçıların, eləcə də professor-müəllim heyətinin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay