Tədbir Azərbaycan Texnologiya Universitetinin Magistratura və Doktorantura şöbəsinin təşkilatçılığı ilə baş tutub.
UNEC Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin əməkdaşı, gənc tədqiqatçı Nərgiz Hacıyeva Azərbaycan Texnologiya Universitetində həmmüəllif olduğu "Doktorluq Dissertasiyasını yazmaq haqqında metodik göstərişlər" adlı kitabın təqdimatını keçirib. Tədqimatda ali məktəbin gənc müəllimləri, doktorantları, magistrantları və professor heyəti iştirak edib. Seminar zamanı Nərgiz Hacıyeva dissertasiya işi, tədqiqat işi, referat işi və elmi məqalələrin yazılma qaydası, struktur və quruluşunun beynəlxalq standardlara uyğun şəkildə yazılması və düzgün tərtibi qaydaları haqqında ətraflı məlumat verib.
Sonda Azərbaycan Texnologiya Universitetinin Rektoru professor Akif Süleymanov Azərbaycan Dövlət İqtisad Universiteti rəhbərliyinə və UNEC əməkdaşına sözügedən seminarın təşkili üçün dərin təşəkkürünü bildirib. Görüş zamanı, UNEC və UTECA arasında əməkdaşlığın gələcək perspektivləri və müxtəlif layihələrdə birgə tərəfdaşlıq haqqında ətraflı müzakirələr də olub. Nərgiz Hacıyeva, eyni zamanda UTECA Elmi və Xarici əlaqələr şöbəsinin əməkdaşları ilə görüşərək gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsinə dair tövsiyə və təkliflərini verib.