A

UNEC İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun növbəti yubiley tədbiri keçirilib.

Seminarda UNEC-in professor-müəllim heyəti və mütəxəssislər, doktorant və magistrlər iştirak ediblər.

Tədbirdə UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov elmi seminarın UNEC İAETİ-nin 10 illik yubileyi münasibətilə keçirildiyini diqqətə çatdırıb.

Sonra UNEC İAETİ-nin direktoru, professor Yadulla Həsənli institutun on il ərzində gördüyü işlər barədə qısa məlumat verib. O, yubileylə əlaqədar xüsusi buraxılan bukletlərin hazırlandığını və orada İAETİ-nin fəaliyyəti haqqında geniş məlumatın yer aldığın dıqqətə çatdırıb.

Tədbirdə İAETİ-nin böyük elmi işçisi, dosent Elman İbişov “Azərbaycanın ixrac potensialının müasir vəziyyətinin sistemli təhlili” mövzusunda çıxış edib. Çıxışda Azərbaycanın xarici ticarət əlaqələrinin müasir vəziyyəti, qeyri-neft sektorunun ixrac potensialının artırılması məsələləri, eləcə də ölkənin xammal ixracından asılılığının aradan qaldırılması yollarından bəhs olunub. İxrac potensialının mahiyyəti, qeyri-neft sektorunun ixrac potensialının artırılmasının milli iqtisadiyyata, makroiqtisadi göstəricilərə, məşğulluğa təsirləri, bu təsirlərin artırılması üçün zəruri tədbirlər və bu istiqamətdə inkişaf etmiş ölkələrin təcrübəsi haqda ətraflı məlumat verilib.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib. Azərbaycanda ixrac potensialının daha da artırılması istiqamətində təkliflər səsləndirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay