A

UNEC-in Maliyyə və mühasibat fakültəsində müəllim-tələbə heyətinin iştirakı ilə 20 yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdən öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fakültə dekanı, dosent Gəray Musayev 31 il öncə baş verən 20 Yanvar hadisələrinə qısa nəzər salıb. Ölkəmizin suverenliyinə, ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqın dinc etirazının qəddar şəkildə boğulmasını insanlıq əleyhinə  cinayət kimi qiymətləndirərək, bu yolda canlarından keçən mübariz oğul və qızların sayəsində dövlətimizin müstəqilliyə qovuşduğunu vurğulayıb.

Humanitar fənlər kafedrasının professoru Məhəbbət Paşayeva  20 Yanvar faciəsinin mənəvi, siyasi aspektlərindən, bu faciənin səbəbkarlarından söz açıb və 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsində ulu öndər Heydər Əliyevin rolundan bəhs edib.

Maliyyə və maliyyə institutları kafedrasının dosenti Zöhrab İbrahimov 20 Yanvarın tarixə yalnız faciə deyil, xalqımızın yenilməzliyini və mübarizə əzmini nümayiş etdirən qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu qeyd edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay