A

UNEC 24/7 Kitabxanası, Azərbaycan Gənclik Platforması (AGP) və "Xarıbülbül Akademiyası"nın birgə təşkilatçılığı, UNEC-in Zaqatala filialının İqtisadçı Vətənpərvərlər Təşkilatının dəstəyi ilə "Nizami ili" çərçivəsində "Nizami elə böyük dühadır ki..." elmi vebinarı keçirilib.

Tədbirdə AGP-nin sədri Fariz Vəliyev Azərbaycanın görkəmli mütəfəkkiri Nizami Gəncəvinin dünya mədəniyyətinə verdiyi töhfələrdən danışıb.

UNEC 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova isə Nizami yaradıcılığının təbliğində kitabxanaların rolundan danışıb, ədibin əsərlərinin aktual, bəşəri və ölməz olduğunu vurğulayıb.

Tədbirdə BDU-nun dosentləri Lalə Əliyeva “Mədəniyyət elçiləri - Nizami”, Sevinc Qocayeva “Nizaminin insan konsepsiyası”, Məhəmməd Məmmədov  “Nizami və xalq yaradıcılığı” mövzularında çıxış ediblər. UNEC İqtisadcı Vətənpərvərlər Təşkilatının Zaqatala filialının sədri Əli Əhmədzadə Nizaminin gənclərə nəsihətinə həsr edilən mövzulara toxunub.

TOP XƏBƏRLƏR