A

UNEC-in beynəlxalq reytinq sıralamasında mövqeyinin yaxşılaşdırılması məqsədilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Elmi fəaliyyətin təşkili və idarə edilməsiı departamentinin təşkilatçılığı ilə “Elmi nəşrlərin nüfuzunun artırılması üçün nə etməli?” mövzusunda onlayn seminar keçirilib.

Seminarı giriş sözü ilə açan UNEC Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri dos. Həmid Həmidov tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb.

Sonra UNEC İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, “Azərbaycan Dövlət İqtisad Universitetinin elmi xəbərləri” jurnalının baş redaktorunun müavini, əməkdar elm xadimi prof. Yadulla Həsənli UNEC nəşləri haqqında məlumat verib. Məruzəçi nüfuzlu jurnalların məqalələrin qəbul qaydalarının tərtibatına qoyulan əsas tələblər, qısamüddətli və uzunmüddətli dövrlər üçün yüksək reytinqli xülasələndirmə və indeksləşmə bazalarına daxil olmaq üçün zəruri tələblərində danışıb.

“The Journal of Economic Sciences: Theory and Practice” jurnalının həmredaktoru dos. Nazim Hacıyev jurnalın bir sıra beynəlxalq elm bazalara, eləcə də SCOPUS bazasına daxil olması istiqamətində görülən işlərdən söz açıb. WOS və SCOPUS bazalarına daxilolunma prosesində beynəlxalq təcrübəni paylaşıb. UNEC əməkdaşlarının dərc etdikləri elmi məqalələrdə UNEC elmi jurnallarında dərc olunmuş məqalələrə istinad vermələrini tövsiyə edib.

Sonda mövzular ətrafında geniş müzakirələr aparılıb, məruzəçilər tərəfindən seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay