A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyətinin  (TEC) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Heydər Əliyev - Qələbəmizin banisi” mövzusunda elmi seminar keçirilib.

Seminarın açılışında TEC-in SABAH mərkəzi üzrə sədri Kənan Zeynalov ulu öndərin gənclərə diqqət və qayğısından danışıb.

Sonra elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov Heydər Əliyevin siyasi kursu və müstəqil Azərbaycanın parlaq qələbəsinə olan təsirlərindən bəhs edib.

Tədbirdə TEC-in elmi rəhbəri dos. Emin Qəribli, Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri dos. Həmid Həmidov, Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva ümummilli liderin zəngin irsinin öyrənilməsinin və tədqiq edilməsinin önəmindən danşıblar.

Seminar tələbələrin mühazirələri ilə davam edib. TEC sədri Amal Veysəlov “Vətən savaşında tarixi zəfərimiz üzərində Heydər Əliyevin müstəsna rolu”, TEC-n fəal üzvləri Yusif Vəliyev “Heydər Əliyevin siyasətində enerji və nəqliyyat məsələlərinə toxunuşu”, Zərnigar İslamova “Mütərəqqi təhsil üçün yenilikçi addımlar atan lider”,

Ləman Əhmədova “Hərbi sənaye kompleksimizin yaradıcısı”, Vüqanə Nurəliyeva “Xarici siyasət strategiyası və milli təhükəsizliyimizin banisi” mövzularında maraqlı çıxışlar ediblər.

Seminarın sonunda ümummilli lider Heydər Əliyevə həsr edilən videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay