A

UNEC Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşı, siyasi tədqiqatçı, gənc doktorant Nərgiz Hacıyevanın "Qarabağ və ətraf ərazilərdə yaşıl enerji potensialının iqtisadi qiymətləndirilməsi" adlı elmi məqaləsi Kanada Elm və Təhsil İnstitutunun maliyyə dəstəyi ilə Kanadanın "Modern in Applied Science" (ISSN(Print): 1913-1844, ISSN(Online): 1913-1852) jurnalında dərc edilib. 

Jurnal Google Scholar, American International Standards Institute (AISI)BASE (Bielefeld Academic Search Engine), CiteFactor, Excellence in Research for Australia (ERA)Norwegian Centre for Research Data (NSD), EBSCO, Econ-Lit, Polska Bibliografia Naukowa, Ulrich's və bir çox data bazalarda indekslənir.

Məqalədə Azərbaycanın azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələrinin (RES) iqtisadi imkanlarına diqqət yetirilib. Bərpa olunan və ənənəvi enerji mənbələrindən tədricən istifadənin ölkənin sosial-iqtisadi inkişafı, ekoloji davamlılıq və enerji təhlükəsizliyi baxımlndan vacibliyi önə çəkilib. Müəllif araşdırmasında Ermənistanın 30 illik işğalı dövründə Dağlıq Qarabağ və ətraf ərazilərdə enerji və digər təbii sərvətlərimizin qanunsuz istismarından da bəhs edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay