A

UNEC-də start verilən Elm festivalı çərçivəsində UNEC prorektorlarının moderatorluğu ilə elm və təhsilin müxtəlif sahələrinə aid mövzulara həsr edilən bölmə iclasları təşkil olunub.

Tədris üzrə prorektor dosent Gəray Musayev “Azərbaycanın ali təhsil sistemində islahatlar: nəticələr və perspektivlər” adlı məruzəsində təhsil müəssisələrinin əsas funksiyaları, elmi biliklərin elmi-texniki inkişafdakı rolu, bilik iqtisadiyyatının tələbləri barədə ətraflı məlumat verib. Bu istiqamətdə UNEC təcrübəsini paylaşıb.

Elm üzrə prorektor prof. Sakit Yaqubovun moderatorluğu ilə keçirilən müzakirələr “Universitetlərdə elmi araşdırma nəticələrinin effektivliyi” mövzusunda olub. Bölmədə professorlar Rəsul Balayev, Natiq Əhmədov, dos. Pərvanə Axundova, i.ü.f.d. Süsən Fərzəliyeva, müəllimlər Sevda Abbasova və Aysel Quliyeva mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

“Ali təhsilin kadr hazırlığında yeni yanaşmalar və imkanlar” adlı bölmə iclası rəqəmsallaşma üzrə prorektor dosent Raqif Qasımovun moderatorluğu ilə təşkil olunub. Prorektor UNEC-də rəqəmsallaşma sahəsində görülmüş işlər, icra olunan layihələr və bu istiqamətdə UNEC-100 İnkişaf Strategiyasının hədəflərindən söz açıb. Tədbirdə UNEC-in doktorantı Emiliya Əhmədova “Ali təhsildə kadr hazırlığı üzrə xarici təcrübənin analizi və tövsiyələr” mövzusunda çıxış edib.

Tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova “Tələbələrin elmi-tədqiqat fəaliyyəti” mövzusunda olan bölmə iclasında tələbələrin tədqiqat işlərinin istiqamətləri, elmi-tədqiqatların tələbələrin həyati bacarıqlarına təsiri, tələbələr arasında elmi fəaliyyətin stimullaşdırılması və Tələbə Elmi Cəmiyyətinin vəzifələrindən danışıb. UNEC-də 11 tələbə təşkilatının fəaliyyət göstərdiyini iştirakçıların diqqətinə çatdıran prorektor, həmin təşkilatların fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə də məlumat verib.

Yunus Sosial Biznes Mərkəzində keçirilən bölmə iclası isə “Ali təhsildə beynəlmiləlləşmənin prioritet istiqamətləri” mövzusunda olub. İclasda beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı mövzu ilə bağlı təqdimatla çıxış edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay