A

UNEC-in “Menecment” kafedrasında “Müasir dünyada insan kapitalı və insan resurslarının idarə edilməsi” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə çıxış edən kafedra müdiri professor Kamil Şahbazov mövzunun aktuallığına diqqət çəkib. Məruzəçi çıxışında problemin meydana çıxması tarixinə nəzər salaraq, müasir mərhələdə onun təşəkkül tapması vəziyyəti və inkişaf perspektivlərini şərh edib. Həmçinin Azərbaycanda insan kapitalının formalaşması və ondan səmərəli istifadə edilməsinə dövlət dəstəyinin göstərilməsi məsələlərinə toxunub.

Sonra kafedra müdirləri professor Arif Şəkərəliyev, dos. Məhəmməd Əliyev, professor H.Həsənov, dosentlər A.Ələsgərova, Z.Mirzəyev və digərləri mövzu ilə bağlı müzakirələrdə iştirak ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay