A

Elm festivalı çərçivəsində İqtisadiyyat və Mühəndislik fakültələrinin birgə təşkilatçılığı ilə “Azərbaycanda elmi-tədqiqatlara nüfuzlu alimləri cəlb etmək üçün nə etməli?” mövzusunda master klass keçirilib.

Mövzu ilə bağlı "İqtisadiyyatın tənzimlənməsi" kafedrasının müdiri prof. Məhiş Əhmədov və "Mühəndislik və tətbiqi elmlər" kafedrası professoru Fazil Vəliyev müxtəlif istiqamətlər üzrə Azərbaycanda elmi-tədqiqatlara nüfuzlu alimləri cəlb etməklə bağlı fikirlərini bölüşüblər, bu istiqamətdə dünya təcrübəsini paylaşıblar. Müzakirələrdə dekanlar dos. Elçin Səmədov, dos. Elçin Eyvazov, professorlar Natiq Qasımov, Rövnəq Rzayev, Məmmədəli Nuriyev, dos. Nailə Sultanova, müəllim Pərviz Səmədov təkliflərlə çıxış ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay