A

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “EU4Environment” proqramı çərçivəsində BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNİDO) tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və UNİDO-nun Milli İcraçı tərəfdaşı olan “ACE Group Consultants” şirkəti ilə birlikdə Azərbaycanda resurs səmərəliliyi və daha təmiz istehsal (RSDTİ) klubların yaradılması və həmin klubların nəzdində Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən pilot kiçik və orta istehsal müəssisələrini seçərək onlara 2021-2022-ci illəri əhatə edən dövr ərzində RSDTİ metodologiyasının tətbiqi üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub.

RSDTİ-nin Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzinin əsas istiqamətlərindən biri olduğunu nəzərə alaraq, mərkəzin nəzdində daimi əsaslarla RSDTİ klubu yaradılıb. ACE Group Consultants ilə layihə çərçivəsində Bakı RSDTİ klubuna 10 sənaye şirkəti cəlb edilib.

Kluba üzv olmaq istəyən kiçik və orta istehsal müəssisələri ərizə ilə müraciət etmişdir və müəssisələrin seçimi ACE Group Consultants ilə bərabər həyata keçirilmişdir. Seçimdə əsas meyar sənaye müəssisəsi olması və fəalliyyəti zamanı ortaya müəyyən tullantıların çıxması, resurs səmərəliliyinin tətbiq edilə biləcəyi müəssisə olmasıdır. Seçilən müəssisələrə 6 modul olaraq nəzərdə tutulan RSDTİ metodologiyasının tətbiqi üzrə təlimlər təşkil olunacaq. Metodologiyanın tətbiqi üzrə təlimlər ACE Group Consultants tərəfindən seçilmiş mütəxəssislər tərəfindən keçirilir. Təlimin sonunda hər bir iştirakçı şirkət öz müəssisəsində resurs səmərəliliyi və istehsal prosesinin auditini həyata keçirəcək.

Bakı RSDTİ Klubunun ilk sessiyası UNEC-in ev sahibliyi, mərkəz və ACE Group Consultants şirkətinin təşkilatçılığı ilə baş tutub. Görüşdə Bakı RSDTİ klubuna üzv olan sənaye şirkətlərinin nümayəndələrivə təşkilatçılar iştirak ediblər. Görüşdə RSDTİ-nin məqsəd və hədəfləri, texniki məzmundan bəhs olunub və sənaye şirkəti nümayəndələrinə tapşırıqlar verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay