A

UNEC-də "Connect with your students. ESL Teacher Training" ingilis dilinin effektiv tədrisi mövzusunda elmi-praktik beynəlxalq təlim keçirilib.

Xarici Dillər kafedrasının dosenti Sevinc Ələkbərzadənin təşkilatçılığı ilə keçirilən təlimə təlimçi qismində beynəlxalq TESOL və biznes təlimçisi, içtimai natiq Jeyson Kostanzo dəvət olunub.Təlimçi  iştirakçılara xarici dillərin tədrisində effektiv yanaşmalar, tələbələri tədrisə cəlb etmə, onları maraqlandırma metodları barədə məlumat təqdim edib. Həmçinin ESL (ingilis dilinin ikinci dil kimi tədrisi) dərslərinin təşkili, tələbələrlə ünsiyyətin, onları motivasiya etmənin üstünlükləri barədə də məlumat verilib.

Təlim interaktiv şəkildə keçib, müəllimləri maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Təlim onlayn Zoom və Facebook üzərindən canlı yayımlanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay