A

UNEC-də “Rəqəmsal iqtisadiyyat kontekstində Azərbaycanda qeyri-rəsmi məşğulluq” mövzusunda onlayn seminar keçirilib.

Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və Əmək Bazarının Monitorinqi Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminarı giriş sözü ilə açan TMİƏTŞ-nin müdiri Rəna Hüseynova mövzunun aktuallığına diqqət çəkərək, rəqəmsallaşmanın iqtisadiyyatın bütün sahələrinə, xüsusilə də əmək bazarına təsirlərinin müasir dövrün çağırışlarından olduğunu bildirib.

Əmək Bazarının Monitorinqi Mərkəzinin rəhbəri dos. İsmayıl İsmayılov seminarın məruzəçisi barədə ətraflı məlumat verib, rəqəmsal iqtisadiyyat şəraitində qeyri-rəsmi məşğulluğun araşdırılması istiqamətində seminarın səmərəli olaçağını vurğulayıb.

Sonra UNEC Əmək Bazarının Monitorinqi Mərkəzinin tədqiqatçısı, dos. Sevinc Bayramova çıxış edərək, rəqəmsallaşmanın əmək bazarına təsirlərindən danışıb.

UNEC Əmək Bazarının Monitorinqi Mərkəzinin tədqiqatçısı dos. Mətləb Mahmudov isə yeni texnologiyaların yaratdığı imkanlar, eləcə də məşğulluq problemləri və problemin həlli yolları barədə məlumat verib. Məruzəçi peşə təhsilinin təkmilləşdirilməsi istiqamətində yeni təklif və tövsiyələrin hazırlanmasına ehtiyac olduğunu da diqqətə çatdırıb.

UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanan seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR