A

5 iyun- Ümumdünya Ətraf Mühit Günü münasibətilə UNEC-in N.Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzi 6-10 iyun tarixlərini “Yaşıl İqtisadiyyat Həftəsi” elan edib.

“Yaşıl İqtisadiyyat Həftəsi”ndə Təmiz Şəhər ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Səbuhi Babayev, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin icrası və monitorinqi şöbəsinin müdir müavini Cəbrayıl Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su resurslarından istifadənin tənzimlənməsi sektorunun müdiri, EU4Environment layihəsinin milli əlaqələndiricisi Faiq Mütəllimov, KOBİA-nın Regional layihələr ilə iş və monitorinq şöbəsinin rəhbəri Eldəniz Əmirov və Bakı Nəqliyyat Agentliyinin Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə təqdimat ilə çıxış edərək, müvafiq qurumların yaşıl iqtisadiyyatla bağlı fəaliyyətləri barədə məlumat verəcəklər.

Tədbir zoom üzərindən keçiriləcək və facebook üzərindən canlı yayımlanacaq.

Tədbirə aşağıdakı zoom linki və parolla qatıla bilərsiniz.

https://zoom.us/j/92116643480

Parol: 947956

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay