A

Elm festivalı çərçivəsində UNEC Mühəndislik və tətbiqi elmlər kafedrasının təşkilatçılığı ilə “Təbii ehtiyatlardan effektiv istifadə edə bilərikmi” mövzusunda elmi seminar keçirilib.

Kafedranın müdiri professor Rövnəq Rzayevin moderatorluğu ilə keçirilən tədbirdə kafedra müdiri universitetdə həyata keçirilən elmi innovasiyalardan və layihələrdən bəhs edib. Hazırda dünyada ətraf mühit problemlərinin həllinin və təbii ehtiyatlardan səmərəli istifadənin zəruriliyindən danışıb.

Seminarda Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti, aqrar elmlər üzrə fəlsəfə doktoru Ramil Sadıqov "Təbii ehtiyatlardan effektiv istifadə edə bilərikmi?" mövzusunda geniş təqdimatla çıxış edib. Məruzəçi təbii resurslar və təbii ehtiyatların təsnifatını, qiymətləndirilməsini, qorunmasını və müasir vəziyyətini təhlil edib. Bu sahədə dünyada aparılan yeni elmi texniki-tərəqqi və nailiyyətlər barədə maraqlı məlumatları iştirakçılarla paylaşıb.

Seminar mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay