A

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsi və “Student Club Azerbaijan”ın birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan “Battle of Regions” layihəsi həyata keçirilib.

Layihənin məqsədi regionların turizm potensialını üzə çıxarmaq və gənclərin turizm biliyini artırmaqdır. Tədbirdə “Najmaddin Travel”in qurucusu Nəcməddin Aslanlı tələbələrə az vəsaitlə səyahət etməyin yolları haqqında məlumat verib.

Müxtəlif regionları təmsil edən komandalar regionlar haqqında hazırladıqları təqdimatlarla mübarizəyə qoşulublar. Komandalar  təmsil etdikləri Region haqqında hazırladıqları təqdimatlarla yanaşı, həmçinin həmin bölgəyə məxsus  simvolları və şirniyyatları da nümayiş etdiriblər. Gərgin keçən mübarizə sonunda I yerə Gəncə-Qazax komandası, II yerə Lənkəran, III yerə isə Şəki-Zaqatala komandası layiq görülüb. Qalib komanda üzvləri kubok və medallarla, həmçinin tərəfdaş şirkətlərin hədiyyələrilə təltif olunublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay