A

UNEC-in rəqəmsallaşma üzrə prorektoru dos. Raqif Qasımov Erasmus+ mübadilə proqramı çərçivəsində Türkiyənin Süleyman Dəmirəl Universitetində işgüzar səfərdə olub.

Səfər çərçivəsində Raqif Qasımov İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinə “İnsan resurslarının idarəedilməsi” fənnini tədris edib. Həmçinin fakültənin, eləcə də Tələbə İşləri və Distant Təhsil-Tədqiqat Mərkəzinin rəhbərləri ilə görüşlər keçirib, universitetlərarası tədris və idarəetmə, distant təhsil, tələbə məlumat sistemləri və digər sahələrdə potensial əməkdaşlıq imkanları barədə müzakirələr aparıb.

R.Qasımov Türkiyəyə səfəri çərçivəsində Sparta Tədbiqi Elmlər Universitetinin rektoru professor Yılmaz Çatal ilə də görüşüb. Görüşdə distant təhsil proqramları və proqram təminatları sahəsində birgə əməkdaşlıq barədə razılıq əldə edilib.

https://iibf.sdu.edu.tr/tr/haber/universitemiz-ile-azerbaycan-devlet-universitesi-arasinda-calistay-duzenlendi-44338h.html

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay