A

UNEC Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzi (Mərkəz) ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Xocasən gölünün ətrafında ağacəkmə aksiyası keçirilib.

Aksiyanın məqsədi ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək və təbiətə töhfə vermək olub.

Aksiyada nazirliyin rəhbərliyi, Mərkəzin idarə heyətinin üzvləri, UNEC-in müəllim və tələbələri, eləcə də İDEA İctimai Birliyinin üzvləri və könüllülər 100-ə yaxın zeytun ağaçı əkiblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay