A

Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Hafis Hacıyev və fakültənin fəal tələbələri Azərbaycan xalqının milli-azadlıq hərəkatını əks etdirən eksponatların saxlandığı Azərbaycan İstiqlal Muzeyinə səfər ediblər.

Səfər zamanı tələbələrə Azərbaycanın tarix və mədəniyyətini, milli bədii irsini nümayiş və təbliğ edən ilk dövlət muzeyi olan Azərbaycan İstiqlal Muzeyi haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan İstiqlal Muzeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 1991-ci il tarixli, 9 saylı qərarına əsasən yaradılıb. Muzeyin yaradılmasında məqsəd Azərbaycan xalqının istiqlalı uğrunda apardığı mübarizənin mərhələlərini ardıcıl əks etdirməkdir. Eyni zamanda muzeydə nadir sənədlərin, fotoşəkillərin, numizmatik kolleksiyaların, bədii əsərlərin və digər əşyaların ümumilikdə 20000 eksponatın olduğu, həmçinin orada tarixi günlərə həsr olunmuş müxtəlif tədbirlər, təqdimat mərasimləri, sərgilərin keçirilməsi barədə də məlumat verilib.

Müstəqil Azərbaycan Respublikasının tarixini, həmçinin Ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasətini əks etdirən sənədlər, tarixi faktlar tələbələrin xüsusi marağına səbəb olub. Prezident İlham Əliyevin fəaliyyəti, son illərdə Azərbaycanın qazandığı nailiyyətlər barədə məlumat və fotolar da nümayiş olunub.

Sonda tələbələrin təəssüratları dinlənilib, onlarla xatirə şəkli çəkdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay