A

Mühəndislik fakültəsinin nəzdində fəaliyyət göstərən "Mühəndislik və tətbiqi elmlər" kafedrasının müəllimləri professor Nuriyev Məhəmmədəli və baş müəllim Məmmədova Gülnarə Sumqayıt şəhərində yerləşən 5, 16 və 24 saylı orta məktəblərin yuxarı sinif şagirdləri ilə onlayn görüş keçiriblər.

UNEC-i abituriyentlərə yaxından tanıtmaq məqsədilə təşkil olunan görüşdə məktəblilərə universitetin təhsil imkanları, ixtisaslar, ikili diplom və mübadilə proqramları, xüsusi təqaüd və s. barədə ətraflı məlumat verilib.

Görüş zamanı “Sənaye mühəndisliyi” ixtisasının mahiyyəti, tətbiq sahələri, karyera imkanları barədə məlumat da şagirdlərə çatdırılıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay