A

“Həftənin kitabı” bu həftə oxuculara “Sertifikatlaşdırmanın əsasları” kitabını təqdim edir.

Kitabın müəllifləri “Standartlaşdırma və sertifikasiya” kafedrasının müdiri prof. Z.Y.Aslanov və həmin kafedranın baş müəllimi M.S.Zeynalovadır.

Dərs vəsaitində sertifikatlaşdırma və onun inkişaf tarixi haqqında məlumat verilir. Sertifikatlaşdırmanın aparılma qaydaları və tətbiq sahələri, sertifikatlaşdırma sistemi və sxemləri, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiyanın məqsədləri və prinsipləri, iqtisadiyyat sahəsi üzrə sertifikatlaşdırma, keyfiyyət sisteminin sertifikatlaşdırılması, xidmətlərin sertifikatlaşdırılması, beynəlxalq və xarici ölkələrdə sertifikatlaşdırma və digər mövzular geniş şərh edilib.      

280 səhifəlik “Sertifikatlaşdırmanın əsasları” kitabı “İqtisad Universiteti”  Nəşriyyatında 2018-ci ildə çapdan çıxıb.

“Sertifikatlaşdırmanın əsasları” kitabı ilə UNEC Library 24/7-də tanış ola bilər, eləcə də UNEC-in bütün filial kitabxanalarından əldə edə bilərsiniz.

TOP XƏBƏRLƏR