A

UNEC Könüllüləri Təşkilatı və İdman Klubunun birgə təşəbbüsü, Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə "Qızların Gücü" adlı voleybol turnirinin final mərhələsi keçirilib.

UNEC-in 2 saylı tədris binasının idman zalında keçirilən final oyununu tələbələrlə yanaşı, prorektor dos. Səadət Qəndilova, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekan müavini Rahim Mürsəlov, tələbə rektor Aysel Rzazadə və İdman Klubunun məşqçiləri də izləyiblər.

Maraq və həyəcanla izlənən yarışda 2:0 hesabı ilə "Xarıbülbül" komandası 1-ci, "Yenilməzlər" komandası isə 2-ci yeri tutub.

Sonda qalib komandanın üzvləri təltif olunublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay