A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin və İdman Klubunun birgə təşkilatçılığı ilə 18 oktyabr - Müstəqilliyin Bərpası Günü və Vətən müharibəsində əldə etdiyimiz Zəfərin 5-ci ildönümü münasibətilə silsilə idman yarışları təşkil olunub.

Silsilə idman yarışları çərçivəsində futbol, şahmat və voleybol üzrə turnirlər keçirilib. Yarışlarda UNEC-in müxtəlif fakültələrini təmsil edən tələbə komandaları iştirak edib. Komandalar arasında gərgin və maraqlı mübarizə şəraitində keçən yarışlarda qaliblər müəyyənləşdirilib.

Tələbələrin böyük maraq və fəallıqla qatıldıqları yarışların sonunda qalib komandalar və fərqlənən iştirakçılar diplom və mükafatlarla təltif olunublar.r

TOP XƏBƏRLƏR