Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) voleybol komandası ali təhsil müəssisələri tələbələrinin XIV Respublika Universiadasında iştirak edir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və “Gənclik” Könüllü Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkil etdiyi universiadada voleybol üzrə ölkənin ali təhsil müəssisələrinin tələbələrinin təmsil olunduğu 12 komanda qələbə uğrunda mübarizə aparır.
Yarışmanın ilk günündə “UNEC” komandası Gəncə Dövlət Universitetinin komandasına 2:1, Azərbaycan Dövlət Pedaqoji Universitetin komandasına 2:0 və Bakı Mühəndislik Universitetinə 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, UNEC İdman klubunun rəhbəri Mahmud Mustafayev, komandanın baş məşqçiləri isə Vahid Yolçuyev və Qəzənfər Cəfərovdur.
Komandamızı təbrik edirik, yeni qələbələr arzulayırıq!