A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi, UNEC Könüllüləri Təşkilatı və Nəsimi rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 5 Mart- Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş "VOLUNTEER CUP" voleybol turniri start götürüb.

Oğlanlar arasında 1/8 final mərhələsinin ilk 4 oyununda aşağıdakı nəticələr qeydə alınıb:

"Force Majeure - Yaşma" (2:0)

"Sparta - Shadow" (1:2)

"Qarabağ-2 - Destroyer" (0:2)

"Qarabağ-1 - Xəzər Lənkəran" (2:0)

Beləliklə, Force Majeure, Shadow, Destroyer və Qarabağ-1 komandaları 1/4 finala vəsiqə qazanıblar.

1/4 final oyunları 28 fevral tarixində keçiriləcək.

1/8 finalın digər oyunları və qızlar arasında turnir isə 23 fevraldan başlayacaq.

Yarışlar UNEC İdman Klubunun məşqçi-müəllim heyəti tərəfindən idarə olunacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay