A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi, UNEC Könüllüləri Təşkilatı və Nəsimi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş “VOLUNTEER CUP” voleybol turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mükafatlandırma mərasimində Bakı şəhər Gənclər və İdman İdarəsinin sədr müavini Aydın Rzayev, UNEC İdman Klubunun sədri Mahmud Mustafayev, Nəsimi rayon Gənclər və İdman İdarəsinin sədri Şahmar Əliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC Könüllüləri Təşkilatının nümayəndələri və eyni zamanda mükafatçılar iştirak edib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardından Aydın Rzayev tədbir iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb daha sonra idmanın cəmiyyətimizdə önəmindən söz açıb. UNEC İdman Klubunun sədri Mahmud Mustafayev çıxışında idmanın önəmindən, tədbirlərin keçirilməsinə yaradılan şəraitdən, turnir barədə fikirlərini iştirakçılara çatdırıb. Sonda mükafatlandırma mərasimi keçirilib. Oyunların idarə olunmasında peşəkar hakimlik fəaliyyətinə görə Maarif Hacıyev, Qəzənfər Alıpaşazadə mükafatlanıb.

Qızlar arasında turnirdə:

I yer- “Gryffindor”

II yer-“Loop Mania”

Oğlanlar arasında turnirdə:

I yer-“Qarabağ”

II yer-“UNEC-312”

III yer-“All Stars”

IV yer-“Destroyer”

Qalib gələn komanda üzvlərinə medal, diplom və kubok təqdim edilib.

İdman sağlamlıqdır, hər zaman sağlam olun!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay