A

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF)

 Qazax rayonunun Canalı kəndində işgüzar forum keçirib.

Sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi məqsədilə keçirilən forumda UNEC-in 

Biznes və menecment

fakültəsinin dekanı, dosent 

Mirağa Əhmədov

ilə 

“Biznesin idarəedilməsi”

kafedrasının dosenti 

Niyazi Həsənov

da iştirak edib.

UNEC-in sahibkarlara hər cür dəstək verməyə hazır olduğunu bildirən M.Əhmədov universitetdə yeni fəaliyyətə başlayan 

Digital Marketinq Mərkəzi

və 

Xarici Ticarət Dəstək Mərkəzi

barədə məlumat verib. O, mərkəzlərin sahibkarların istehsal etdikləri məhsulların satışının səmərəli təşkili üçün istər yerli, istərsə də xarici bazarlarda tədqiqat aparmağa hazır olduğunu diqqətə çatdırıb. M.Əhmədov UNEC-in bu bölgənin sahibkarlarına ödənişsiz konsaltinq xidməti göstərəcəyini, əyani və elektron vəsaitlərlə təmin edəəcəyini bildirib.

“Biznesin idarəedilməsi” kafedrasının dosenti Niyazi Həsənov biznes-planın hazırlanması, investisiya vəsaitlərinin səmərəli yerləşdirilməsi, informasıya bankının yaradılması və informasiyalardan yararlanma, konsaltinq biznesində səmərəli istifadə etmək barədə dünyada son dövürlərdə istifadə edilən metodlardan söz açıb.

Sonda bir qrup sahibkara müasir iqtisadi ədəbiyyatlar hədiyyə edilib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay