UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə UNECinema layihəsi çərçivəsində növbəti film nümayiş olunub.
UNECinemada tələbələr 25 ilin ən yaxşı filmləri sırasına düşmüş "Başlanğıc” (İnception) filmini izləyiblər.
Layihənin məqsədi tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri, onları tədrislə yanaşı, sosial fəaliyyətə cəlb etmək və sosial həyatlarına əyləncə qatmaqdır.