UNEC-də ümummilli lider “Heydər Əliyev İli”nə həsr olunan Elm festivalı çərçivəsində Kitabxana İnformasiya Mərkəzi (KİM) tərəfindən “Universitet kitabxanalarının tədris və elmi tədqiqat prosesində əhəmiyyəti: təhlil və qiymətləndirmə” mövzusunda seminar keçirilib.
Seminarda KİM-in direktoru Adilə Abdullayeva UNEC-in kitabxanalarının fəaliyyəti barədə məlumat verib. O, kitabxanada UNEC alimlərinin əsərlərinin xaricdə işıqlandırılması, həmin əsərlərin dünya kataloquna daxil edilməsi və dünya mədəni irsinin bir nümunəsi hesab olunması istiqamətində tədqiqatların aparıldığını diqqətə çatdırıb. Dünya kataloqundakı bazalarda Nizami Gəncəvi irsinin, Qarabağ mövzusunun araşdırıldığını, bu il isə Heydər Əliyev irsinin dünya kitabxanalarında araşdırılacağını qeyd edib.
A.Abdullayeva KİM tərəfindən Elm festivalı çərçivəsində görülən işlərdən də danışıb. 4 dildə 200-ə yaxın həm yerli, həm də beynəlxalq alimlərin kitablarından ibarət sərginin, eləcə də “Qanun” nəşriyyatı ilə birlikdə endirimli kitab-sərgi yarmarkasının təşkil edildiyini bildirib.