A

UNEC-də “Heydər Əliyev İli” münasibətilə təsdiq edilmiş “Oxu mədəniyyəti” çərçivəsində İnsan resursları şöbəsinin və Kitabxana İnformasiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə “Heydər Əliyev irsi: 100 müzakirə” adlı tədbir keçirilib.

UNEC KİM-in direktoru, tar.ü.f.d. Adilə Abdullayeva ulu öndər Heydər Əliyevin kitabxanaların inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb.

İnsan resursları şöbəsinin müdiri Nizami Qəhrəmanov ulu öndərin ölkədə insan kapitalının, insan resurslarının formalaşdırılmasındakı xidmətlərindən danışıb. Azərbaycanda yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında Heydər Əliyev strategiyasının və ideologiyasının danılmaz rolundan bəhs edib. Ulu öndər Heydər Əliyevin 12 iyun 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illiyi münasibətilə bu ali təhsil ocağına gəldiyini xatırlayan N.Qəhrəmanov ümummilli liderin əməkdaşlar qarşısında çıxışı zamanı növbəti dövr üçün digər sahələrdə olduğu kimi, insan resurslarının inkişafı istiqamətində də yeni vəzifələr müəyyənləşdirdiyini diqqətə çatdırıb.

Şöbənin əməkdaşları Sevinc Babayeva və Könül Nağıyeva da ulu öndərin universitetə gəlişi ilə bağlı xoş xatirələrini bölüşərək, bu hadisənin onların yaddaşında silinməz izlər buraxdığını bildiriblər.

Heydər Əliyev İqtisad İrsinin Tədqiqi Mərkəzində təşkil olunan müzakirələr əməkdaşların ulu öndərin irsinə aid foto və sənədlərlə bir daha tanışlıq və qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.

TOP XƏBƏRLƏR